BİRJA

“Coinbase” və “Bitfinex”-dən növbəti yenilik
23 FEVRAL
419

“Coinbase” və “Bitfinex”-dən növbəti yenilik

2018-02-23 00:50:00

Kriptovalyuta birjaları “Coinbase” və “Bitfinex”-dən verilən açıqlamalarda “Segregated Witness”-in (SegWit) işə salınmağa hazır olduğu bildirilib.

“Coinbase” məlumatı “Twitter”-də bu şəkildə paylaşıb:

“Mühəndis qrupumuz platformamızda Bitcoin-də tətbiq olunacaq SegWit test prosesini tamamlayıb. Yaxın günlərdə bəzi müştərilərimiz üçün SegWit istifadəyə veriləcək. SegWit-in bütün müştərilər üçün aktiv olması isə təxminən 1 həftəyə mümkün olacaq”.

“Bitfinex” isə BTC əməliyyatı ilə məşğul olan bütün müştəriləri üçün SegWit-dən istifadənin mümkünlüyünü açıqlayıb.

“Coinbase” SegWit-i inteqrasiya edəcəyini 2017-ci ilin dekabr ayında açıqlamışdı. SegWit-in tətbiqi ilə Bitcoin-də əməliyyat müddətinin və xərcinin azaldılması əsas məqsəd hesab edilir. Son vatlar əksər istifadəçilər bu iki nüansdan şikayətlənirlər. Bu vəziyyət elə kəskin forma alıb ki, “Coinbase” istifadəçilərinin başlatdığı aksiyada 12 mindən çox imza toplanılıb.

Honq Konqda yerləşən dünyanın ən böyük 4-cü birjası olan “Bitfinex”-dən verilən açıqlamada şirkətin CTO-su Paolo Ardoinonun bu sözləri xatırlanıb:

“SegWit istifadəçilərə fayda verməklə yanaşı, Bitcoin şəbəkəsində ediləcək yeniliklər üçün imkan yaradır. “Bitfinex” SegWit-in inteqrasiyası ilə investorların üç əsas problemi həll edir: əməliyyat xərcləri, emal sürəti və ümumi şəbəkə tutumu. İnteqrasiya nəticəsində xərclər təxminən 20% azalacaq və əməliyyatlar heç vaxt olmadığı sürətlə təsdiqlənəcək”.

Qısa müddət öncə 6 min dollaradək enən Bitcoin hazırda 11 min dollardan yuxarıdır. İki böyük birjanın SegWit inteqrasiyasından sonra digər birjaların nə edəcəyi maraqlıdır. SegWit-ə meyllənmə davam edərsə, bazarda yaranan təhlükəsizlik vəziyyəti Bitcoin-in yüksəlməsinə təkan verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256