BİRJA

Azərbaycanda emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verilib
22 FEVRAL
250

Azərbaycanda emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verilib

2018-02-22 14:47:00

Milli Depozit Mərkəzi (MDM) emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verib. Fins.az xəbər verir ki, bu barədə “Report” MDM-ə istinadən xəbər yayıb

Belə ki, qurumun emitentlər üçün yaratdığı interfeysdə buraxılmış hər bir qiymətli kağıza dair məlumatları (qiymətli kağızın mülkiyyətçisi, sənəd göstəriciləri, ünvanı və s.) real vaxt rejimində əldə etmək mümkündür.

Deponentlərə isə elektron xidmət vasitəsilə mülkiyyətçisi olduğu qiymətli kağızlar barədə məlumatları (qiymətli kağızın emitenti, mülkiyyətində olan pay və s.) real vaxt rejimində əldə etmək imkanı yaradılıb.

Emitentlər və deponentlər bu xidmətlərdən istifadə etmək üçün MDM-dən fərdi istifadəçi adı və şifrə əldə etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259