BİRJA

Venesuela artıq ikinci kriptovalyutasını buraxır
22 FEVRAL
238

Venesuela artıq ikinci kriptovalyutasını buraxır

2018-02-22 10:13:00

Venesuela dövriyyəyə ikinci kriptovalyutasını buraxmağa hazırlaşır. Fins.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Qeyd edək ki, bu, artıq 1 ay ərzində Venesuelanın buraxdığı ikinci kriptovalyutadır.

Prezidentin sözlərinə görə, "qızıl El Petro" artıq növbəti həftə dövriyyəyə buraxılacaq. Məlumata görə, bu kriptovalyuta bir həftə öncə dövriyyəyə çıxan "həmqardaşı" ilə eyni parametrlərə malik olacaq.

 Qeyd edək ki, fevralın 20-da Venesuelanın ilk kriptovalyutası "El Petro" dövriyyəyə buraxılıb.

Bundan 1 gün sonra isə ölkə prezidenti Nikolas Maduro isə ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyuta ilə satmağı tapşırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256