BİRJA

Bitcoin-in yüksəlişi nə qədər davam edəcək?
22 FEVRAL
264

Bitcoin-in yüksəlişi nə qədər davam edəcək?

2018-02-22 00:19:00

Bitcoin-in dəyəri həftə sonu aşağı düşməsinə baxmayaraq, hələ də 11 min dollardan yuxarıdır. Bazar günü 11 min dolları keçdikdən sonra BTC / USD məzənnəsi “Bitstamp”-da 11283 dollara çatdı. Daha sonra isə bir neçə saat ərzində 1500 dollar enərək 9727 dollar enib.

Bazar ertəsi qiymətlər 10 min dollar səviyyəsinə çatdıqda analitiklər Bitcoin-in yüksəliş mərhələsinə girdiyini proqnozlaşdırdılar.

Toun Veys onlayn ticarət seminarında verdiyi açıqlamada “gündəlik qrafik yaxşı görünür, ancaq həftəlik olaraq baxdıqda bu durum əksinədir”, – deyə qeyd edib.

Hazırda BTC / USD məzənnəsi 11500 dollar civarındadır və 3 saatda təxminən 500 dollar artıb.

Veys əvvəldən də eniş qrafikini təxmin etmişdi. 10300 dollar səviyyəsində möhkəmlənmənin olacağını söyləmişdi. İndi isə Bitcoin-in proqnozlaşdırılması üçün daha detallı düşünməyin vacib olduğunu bildirib.

Moas 2018-ci ilində hazırki qiymətin 2 dəfə artacağını proqnozlaşdırır

Bitcoin-in 2018-ci ilin əvvəlindəki 6000 dollarlıq dəyərdən uzaqlaşaraq artması investisiya ictimaiyyətində optimizm mühiti meydana gətirdi.

Ronni Moas yaxın keçmişdə müsbət qiymət təxminləri edərəkəsas mətbu orqanlara Bitcoin-in ilin sonunadək 28 min dollar olacağını bildirmişdi.

6 rəqəmli qiymət isə Moasa görə inandırıcı deyil:

“Bu il üçün kim belə qiymət proqnozu verib, bilmirəm”.

Kriptovalyuta bazarında digər altcoinlər də Bitcoin-i mütəmadi olaraq təqib edərək 24 saatda 5 % dəyər qazanıb. Ethereum Classic (ETC) yanvaın əvvəlində 17 % yüksələrək öz rekordunu yenilədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271