BİRJA

Venesuela Petronun ilk satışından 735 milyon dollar qazandı
22 FEVRAL
408

Venesuela Petronun ilk satışından 735 milyon dollar qazandı

2018-02-22 00:15:00

Venesuelanın prezidenti Nikolas Maduro ölkənin mübahisəli “petro” kriptovalyutasının ilk satış günündə 735 milyon dollar qazandığını iddia edib.

Maduro çərşənbə axşamı bu haqda “Twitter”-də yazsa da, dediklərini sübut edən heç bir dəlil təqdim etməyib. Fins.az xəbər verir ki,“Reuters” və “Associated Press” Maduronun satışda kimin investisiya qoyduğuna dair heç bir məlumat vermədiyini açıqlayıblar.

Bununla yanaşı, Maduro dekabrda ABŞ hökumətinin sanksiyalarından qurtulmaq üçün bu təşəbbüsdən istifadə edəcəyini bildirmişdi.

Maduro “bu gün “Supermen”i məğlub edə biləcək bir kriptovalyuta yaranır”, – deyə bildirib. Maduronun bu ifadəsinə də xüsusi diqqət verilib:

“XXI əsrdə böyük bir addım atdıq”.

İlkin satış çərşənbə axşamı başlanıldı və gələn aya qədər davam etməsi planlaşdırılır.

“CoinDesk”-in daha əvvəl qeyd etdiyi kimi Venesuela hökuməti Petronun yalnız neft sektoru ilə dəstəklənəcəyini və əvvəlki günün bazar qiymətindən asılı olacağını bildirib.

Bu gün dərc edilən sənədə görə, bu tokenin Ethereum şəbəkəsində çalışacağı söylənilir. Ancaq digər məlumatlara görə, “NEM” adlı alternativ Blockchain sistemində fəaliyyət göstərəcək.

Ziddiyyətli detalları bir kənara qoysaq, Venesuelanın planı bir ölkənin öz kriptovalyutasını ilk dəfə çıxarmağa baçlamasının nəticəsidir. Xəbər Cənubi Amerika ölkəsinin daxilində və xaricində siyasətçilər tərəfindən rədd edildi.

Venesuela müxalifətinin Konqresdəki təmsilçiləri də daxil olmaqla, tənqidçilər qanunsuz hərəkətlərə və korrupsiyaya qarşı mübarizə vasitəsi kimi bu plana hücum ediblər. ABŞ senatorları kriptovalyutanın istifadəsi ilə sanksiyalardan qorunmaq üçün təşkil edilən planla əlaqədar narahatlıqlarını dilə gətiriblər, ancaq praktikada bunun necə olacağını zaman göstərəcək. 

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253