BİRJA

Stiven Siqal “piramida” əlamətlərinə malik kriptovalyuta layihəsinin siması oldu
21 FEVRAL
284

Stiven Siqal “piramida” əlamətlərinə malik kriptovalyuta layihəsinin siması oldu

2018-02-21 13:11:00

Kino aktyoru Stiven Siqal ICO-ya hazırlaşan Bitcoiin2Gen kriptovalyuta layihəsinin beynəlxalq səfiri olduğunu elan etdi. Bitcoiin2Gen layihəsinin yaradıcıları perspektivli sərmayeçilərə yüksək gəlir əldə edəcəklərini yalnız vəd edirlər.

Layihənin rəsmi press-relizində bildirilir ki, buddist, Zen müəllimi və təbib olaraq  Stivenin yaşadığı prinsiplərə görə insan mənəviyyatının qorunması üçün fiziki “mən”in inkişafı mühüm rol oynayır.

Relizdə həmçinin oda  qeyd edilir ki, –  “O, həyatında etdiyi hər şeyin insanların hər hansı formada oyanmasına və maariflənməsinə gətirib çıxardığına inanır. Bitcoiin2Gen-in vəzifəsi məhz bundan, cəmiyyətə hər hansı üçüncü tərəfin müdaxiləsi olmadan şəxsi pul kisəsindən ibarət və etibarlı blokçeyn platformasına malik mərkəzləşdirilmiş P2P ödəniş sistemini təqdim etməkdən ibarətdir”.

Ethereum platformasında fəaliyyət göstərən Bitcoiin2Gen iştirakçılara cəlb edilmiş yeni sərmayeçilərə görə əlavə gəlir verəcəyini vəd edən referal sistem təklif edir.

Coindesk layihəni araşdırdıqdan sonra belə qənaətə gəlmişdir ki, o BitConnect qapalı kriptovalyuta “piramida”sına bənzəyir. Coindesk-in bildirdiyi kimi, layihənin White Paper rəsmi sənədində layihə haqqında çox az məlumat vardır. 

Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269