BİRJA

Müsəlmanlar üçün kriptavalyuta olacaq
20 FEVRAL
355

Müsəlmanlar üçün kriptavalyuta olacaq

2018-02-20 18:17:00

Malayziyaya məxsus şirkət müsəlman kriptavalyutası buraxacaq. Hello Gold şirkəti artıq buna görə şəriət sertifikatı da alıb. GOLDX adlanacaq kriptavalyuta ilin sonuna kimi Taylandda satışa çıxması planlaşdırılır. Fins.az xəbər verir ki, bu barədə Reuters agentliyi şirkətin marketinq direktoruna istinadən xəbər yayıb.

Digər kriptavalyutalardan fərqli olaraq GOLDX qızıl ilə təchiz olunacaqlar. Bu qızıllar Sinqapurda xüsusi yerdə saxlanılacaq. Bundan başqa kriptavalyuta ilə edilən əməliyyatlar reqlament olunacaq. Adı çəkilən şirkətdə hesab edirlər ki, islam qaydalarına uyğun biznesə əməl edilməklə yanaşı şəffaflıq və tez bir zamanda baş tutan tranzaksiyalar ediləcək.

GOLDX istifadəyə buraxıldıqdan sonra tarixdə ilk islam aləmi üçün hazırlanan kriptavalyuta olacaq.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267