BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
20 FEVRAL
187

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-02-20 16:26:00

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki,20 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104002685 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 87.7784 AZN (13.9999%) və 93.0588 AZN (7.5000%) olan 37 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6301 AZN (8.0001%), orta ölçülmüş qiyməti 92.6980 AZN (7.9205%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 189 900  AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  19 fevral 2019-cu  il.

Hərrac iştirakçıları 21 fevral 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Müəllif: Xeybər Heydərov 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267