BİRJA

Naməlum treyder bitcoinin aşağı düşməsi ilə milyarder oldu
20 FEVRAL
294

Naməlum treyder bitcoinin aşağı düşməsi ilə milyarder oldu

2018-02-20 15:58:00

9-12 Fevral tarixləri arası naməlum treyder ümumi dəyəri 400 milyon dollar olan 40.000-dən çox bitcoin alıb.

Hal hazırki vəziyyətə əsasən o, bitcoin milyarderi hesab olunur. Bu barədə MarketWatch saytı xəbər verib. Məlumata əsasən kriptovalyutanın bu cür böyük alışını təyin etmək rəqəmsal valyutaların hərəkətlərinin izlənməsi hesabına mümkün olub. Nəticədə məlum olub ki, 9 Fevral tarixində 3Cbq7aT1tY8kMxWLbitaG7yT6bPbKChq64 portmanatına 40.000-dən çox bitcoin daxil olub. Daha öncədən isə həmin portmanatda 55.000 bitcoin var idi. Ümumilikdə olan 96650 bitcoin naməlum investoru dollar milyarderi (1.08 milyard dollar) edir.

Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272