BİRJA

İpoteka və Kredit Zəmanət Fondu bu qədər istiqraz yerləşdirməyə hazırlaşır
20 FEVRAL
267

İpoteka və Kredit Zəmanət Fondu bu qədər istiqraz yerləşdirməyə hazırlaşır

2018-02-20 14:26:00

Bakı Fond Birjasında (BFB) fevralın 22-də İpoteka və Kredit Zəmanət Fondunun 10 mln. manatlıq, adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az fonda istinadən xəbər verir ki, istiqrazlar 1 006,3333 manat qiymətlə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının baza emissiya prospektini ötən il noyabrın 10-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258