BİRJA

Qadın boşandığı ərindən 30 Bitcoin təzminat tələb edir
20 FEVRAL
300

Qadın boşandığı ərindən 30 Bitcoin təzminat tələb edir

2018-02-20 02:31:00

Bəzi dövlətlər və maliyyə tənzimləyiciləri Bitcoin-dən narahat olsalar da, insanlar artıq gündəlik həyatlarında kriptovalyutalardan istifadə edirlər. Son vaxtlar Bitcoin-in boşanma proseslərində istifadə edilməyə başlaması da kriptovalyutaların artıq həyatımıza müdailə etdiyinin sübutudur.

Bitcoin evliliyi

Fins.az Kripto.az-a istinadən xəbər verir ki, İsraildə bir ravinlik məhkəməsi ilk dəfə Bitcoin ilə bağlı qərarsızlıqla qarşı-qarşıya qalıb. Dini məhkəmədən boşanma prosedurunda kriptovalyutalarla bağlı qərar istənilib.

Yəhudi toy mərasimlərində bəy gəlinə boşanmaq vəziyyəti yaranarsa, müəyyən təzminat ödəməyi vəd edir. Mərasim zamanı cütlükdən simvolik bir məbləğ yazmaları istənilir. Çünki ənənəyə görə, əgər boşanma baş verərsə, yazılan konpensasiya ödənilməlidir. Üst səviyyəli bankir olan qadın və investisiya firmasının meneceri olan kişi bu təzminat üçün 30 Bitcoin təyin etdilər. Üç ay əvvəl evlənən təzminatın miqdarını təyin etdikləri vaxt 30 Bitcoin təxminən 2 milyon şekel dəyərindəydi.

Qadın bəzi şəxsləri rahat etsə də, bu qərarlarını “bunun ağıllı və soyuqqanlı addım olduğunu düşündük. Keçmişdə insanlar 50 dəvə və çoxlu sayda gümüş pul istəyirlərmiş. bu gün isə biz Bitcoin haqqında danışırıq”, – deyə ifadə edib.

Bitcoin boşanması

Bu həftə qadın təzminat üçün ravvinlik məhkəməsində 2 milyon şekel tələb etdiyini bildirib. Kişi isə söz verdiyi təzminatı ödəyəcəyini söyləyib. Ancaq ödənişin evlilik zamanındakı məzənnə ilə yox, boşanma zamanındakı məzənnə ilə edilməsini qəbul edib. Bu məbləğ hazırda təxminən 1 milyon şekel dəyərindədir.

Qadın ərinin toyda 2 milyon şekel yazmaq istədiyini, amma onu razı salaraq 30 Bitcoin yazmağa vadar etdiyini vurğulayıb. O, ifadəsində “ərim investor, mənsə bankirəm. İkimiz də Bitcoin-in qanuni valyuta olduğunu qəbul edirik. Əgər o, 2 milyon şekel söz verməsəydi, mən o məbləği tələb etməzdim”, – deyə bildirib. Hadisə haqda hansı qərarın veriləcəyi maraqlıdır.

Bu cür boşanma prosesi ilk belə hal deyil, müxtəlif ölkələrdə oxşar hadisələr baş verir. Britaniya hüquqşünaslıq bürosu hazırda anoloji üç hadisə ilə bağlı araşdırma aparır. Bu boşanmaların birində təxminən 840 min dolların taleyinin həll ediləcəyi deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267