BİRJA

Bu ölkə də kriptavalyutadan istifadəni qadağan etdi
15 FEVRAL
181

Bu ölkə də kriptavalyutadan istifadəni qadağan etdi

2018-02-15 16:52:00

Qazaxıstanın Mərkəzi Bankı ödəniş vasitəsi kimi kriptavalyutadan istifadəni qadağan edib. "Qazaxıstan ərazisində yeganə ödəniş vasitəsi tengedir"Fins.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu sözləri  Milli Bankın departament rəhbəri Alina İmamqazina bildirib. O Qazaxıstan ərazisində kriptavalyutadan istifadəni mümkünsüz olduğunu bildirib. Belə ki, ölkədə bu sisteminin qanunla tənzimlənmədiyi qeyd olunub.

Qazaxıstan Mərkəzi Bankının ekspertinin fikrincə kriptavalyutadan daha çox dələduzluq məqsədilə istifadə edildiyindən təhlükəli hesab olunur.

Qeyd edək ki, 16 fevralda Almatada CryptoEvent təşkilatçılığı ilə Rixos Almaty otelində ölkədə kriptavalyutanın ölkədə inkişafı məsələləri müzakirə ediləcək.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300