BİRJA

Şəxsi pensiya fondunu necə yaratmaq olar?
15 FEVRAL
208

Şəxsi pensiya fondunu necə yaratmaq olar?

2018-02-15 15:17:00

Qocalanda necə dolanmaq olar? Bu sual çoxlarını narahat edir, amma yaşlaşarkən firəvan və ehtiyacsız həyat sürməyin, dövlətdən və qohumlardan asılı vəziyyətə düşməməyin yolunu çoxu bilmir.

Əslində isə buna nail olmaq çətin deyil. Sirr düzgün şəkildə investisiya yatırmaqdadır.

Bu problemin ən populyar həllərindən biri dividend gətirən səhmlərdən ibarət investisiya portfelini, bir sözlə şəxsi pensiya fondunu yaratmaqdır.

Dividendli portfellə iş səhmlərə investisiya yatırmağın ən konservativ üsuludur. O, riskləri məqbul səviyyədə saxlamaqla gəlir əldə etməyə imkan verir.

Səhm hər il öz yiyəsinə dividend, yəni səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini gətirir. Səhmlərin alış-satış qiymətlərinin dəyişməsi dividendlərin həcminə təsir etmir. Bu məbləğ yalnız səhmdar cəmiyyətinin maliyyə göstəricilərindən asılıdır: əgər mənfəət yüksəkdirsə, dividendlər də böyükdür, əgər mənfəət yoxdursa, müvafiq olaraq dividend də olmayacaq.

Şübhəsiz ki, hər bir gəlir özündə risk daşıyır. Amma düzgün şəkildə aparılan dividend siyasəti birjadakı vəziyyətdən asılılığı minimuma endirməyə imkan verir. Məsələn, investisiya portfelinə çox sayda mənfəətli və mütəmadi olaraq dividend ödəyən şirkətlərin səhmlərini toplamaqla, buna nail olmaq olar.

Dividendləri yeni səhmlərin alınmasına yönəltməklə, bu cür investisiya portfelini daimə genişləndirmək mümkündür. Planlı şəkildə aparılan təkrar yatırım dividend portfelini elə səviyyəyə çatdırmağa imkan verir ki, ömrün sonunadək işləməyə lüzum qalmır. Bu üsul pensiyanın əvəz edilməsi, daşınmaz əmlakın alınması, uşaqların təhsil haqqının ödənilməsi və digər irimiqyaslı planların həyata keçirilməsi üçün gözəl alət ola bilər.

Dividend üzərində qurulmuş investisiya strategiyasının bir neçə bəlli üstünlüyü var. Birincisi, onu həyata keçirmək çox asandır: mütəmadi olaraq yeni səhmlər almaqla portfeli böyütmək lazımdır. Digər üstünlük ondan ibarətdir ki, artıq formalaşmış dividend portfelinin yiyəsini birja kotirovkaları ilə bağlı vəziyyət narahat etmir, çünki o, qiymətlərin dəyişməsindən yox, dividendlərdən pul qazanır. Bundan əlavə, dividend portfelinə bir qayda olaraq öz sahələrinin liderləri olan, iri şirkətlərin səhmləri daxildir. Bu qiymətli kağızlar birja çaxnaşmaları və ya maliyyə böhranlarına qarşı dayanıqlı olurlar.

Dividend portfelləri və “Apple”, “Google”, “Amazon” kimi yaxşı gələcək vəd edən ABŞ şirkətlərinin səhmlərini almaq yolları haqqında ətraflı məlumatı “Şəxsi pensiya fondunu necə yaratmaq olar?” adlı seminarda əldə etmək olar. Ödəniş tələb etməyən bu seminar “AzFinance” şirkətinin ofisində 18 fevral tarixində 11:00-dan 13:00-dək keçiriləcək.

AzFinance” şirkətinin ofisi N.Nərimanov, 206 ünvanında yerləşir.

Seminarda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün lazımi məlumatları (soyad, ad, ata adı, mobil nömrə) şirkətin Facebook səhifəsinə , [email protected] ünvanına və ya (012) 310 33 11 telefon nömrəsi vasitəsilə göndərmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301