BİRJA

ABŞ-da inflyasiyanın sürətlənməsi istiqraz faizlərini artırıb
15 FEVRAL
198

ABŞ-da inflyasiyanın sürətlənməsi istiqraz faizlərini artırıb

2018-02-15 12:51:00

ABŞ-da istehlakçı qiymətlərinin baza indeksinin yanvar ayında 0,3%, illik müqayisədə isə 1,8% artması 10 illik dövlət istiqrazlarının gəlirliliyinin yenidəın yüksəlməsinə səbəb olub. Qeyd edək ki, analitiklər ABŞ-da aylıq baza inflyasiyanın 0,2%, illik baza inflyasiyanın isə 1,7% təşkil edəcəyini proqnozlaşdırırdılar.

"Report" xəbər verir ki, baza inflyasiyanın müvafiq gözləntiləri üstələməsi nəticəsində hazırda ABŞ-ın 10 illik istiqrazlarının faiz dərəcəsi 2,93%-ə yüksəlib və son 4 ilin maksimal səviyyəsində qərarlaşıb. 10 illik dövlət istiqrazlarının gəlirliliyinin artmasına səbəb kimi FED-in uçot dərəcəsini daha sürətlə artırması ehtimalları qeyd olunur. 

"Report"un analitik qrupu bildirir ki, qısa müddət ərzində istiqrazların gəlirliliyi 3% səviyyəsini ötə bilər: "Bu da öz növbəsində fond bazarlarında satışa səbəb olacaq. Lakin dalğalanma qısamüddətli olacaq və fond birjalarında vəziyyət sabitləşəcək. Fond birjalarında azalma trendi, dolların bahalaşması, xammalın ucuzlaşması prosesinin 2018-ci ilin sonu-2019-cu ilin əvvəlindən başlanması ehtimal edilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273