BİRJA

İndi bu sahəyə investisiya edənlər çoxdur – MİLLƏT VƏKİLİ
15 FEVRAL
693

İndi bu sahəyə investisiya edənlər çoxdur – MİLLƏT VƏKİLİ

2018-02-15 12:35:00

İnvestisiya etmək üçün maliyyə alətləri arasında ən etibarlı alətlərdən biri də dövlət istiqrazlarıdır. Bu sözləri Fins.az –ın sualını cavablandırarkən millət vəkili Vahid Əhmədov bildirib. Müstəqillik dövründən əvvəllər insanlarda istiqrazlara inam bir qədər itmişdi. Amma son bir neçə ildə vətəndaşlarımız dövlət istiqrazlarına daha çox diqqət verməyə başlayıblar. Belə ki, SOCAR istiqrazları və Maliyyə Nazirliynin istiqrazlarına insanlarda böyük maraq yaranıb. Çünki dövlət istiqarazlarının arxasında dövlət dayandığından bu maliyyə aləti risksizdir. Hazırda dövlət istiqrazı maliyyə yatırımı etmək üçün ən etibarlı vasitələrdən biridir deyə millət vəkili Vahid Əhmədov bildirib

Həmçinin Vahid Əhmədov son  zamanlar ölkə əhalisinin manata inamının artdığını söyləyib. 

Müəllif: Xeybər Heydərov 

                                                                                                                                    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276