BİRJA

Mərkəzi Bankın notlarına tələb təklifi üstələdi
14 FEVRAL
128

Mərkəzi Bankın notlarına tələb təklifi üstələdi

2018-02-14 17:24:00

14 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100767S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Fins.az xxəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.3812 AZN (8.01%) və 99.3812 AZN (8.01%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 239 800,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 14.03.2018

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301