BİRJA

“İnvestAz İnvestisiya Şirkəti”-nin aktivləri azalıb
13 FEVRAL
241

“İnvestAz İnvestisiya Şirkəti”-nin aktivləri azalıb

2018-02-13 16:18:00

“İnvestAz İnvestisiya Şirkəti” QSC-nın cəmi aktivləri azalıb. Bu barədə İnvestisiya Şirkətinin 1 yanvar 2018-ci il tarixli audit hesabatında deyilib. Fins.az Bankre.az-a istinadən xəbər verir ki, hesabat dövrünün əvvəli ilə müqayisədə sonunda 721 395 min manat azalaraq 6,889 576 mln. manat həcmində olub.

Şirkətin ümümi öhdəlikləri də azalaraq 5,72 mln. manata düşüb.

Qurumun cəmi kapitalı 1,17 mln manat təşkil edir ki, bununda 370 min manatı bölüşdürülməmiş mənfəət və 800 min manatı isə nizamnamə kapitalıdır. “İnvestAz” ötən ilin 4 rübünü 2,86 mln. manat gəlir əldə etməklə ili 340,81 mln. manat xalis mənfəətlə tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279