BİRJA

Azərbaycanda 5 şirkət birjada satılacaq
12 FEVRAL
396

Azərbaycanda 5 şirkət birjada satılacaq

2018-02-12 18:25:00

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə (Strateji Yol Xəritəsi) uyğun olaraq 5 şirkətin səhmlərinin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir. Bu barədə Fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 Qiymətli kağızlar bazarında emitentlərin fond birjasında listinqə çıxış imkanlarının asanlaşdırılması üzrə kompleks tədbirlərin icrasına başlanılıb. Bununla yanaşı, xarici investorların yerli qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması üzrə layihənin icrasına başlanılıb. Bu istiqamətdə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə “Clearstream” və “Euroclear” təşkilatları ilə danışıqlar aparılır.  

 2016-cı illə müqayisədə qiymətli kağızlar bazarı 12% artaraq 15.7 mlrd. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259