BİRJA

Kriptavalyuta ABŞ Konqresində - KRİPTOİNVESTORLARDAN CİDDİ ADDIM
11 FEVRAL
239

Kriptavalyuta ABŞ Konqresində - KRİPTOİNVESTORLARDAN CİDDİ ADDIM

2018-02-11 16:50:00

Amerikalı kriptoinvestorlar senata namizədini irəli sürmək istəyirlər. Fins.az qərb mediasına istinadən xəbər verir ki,kriptaentuazistlər ABŞ konqresinə namizədini irəli sürməklə rəqəmsal pul bazarında problemlərini həll etmək istəyirlər. Kripto investorlar Demokratlar partiyasından namizədləri olan, 37 yaşlı Brayn Forda ümüdləri böyükdür.

B.Fordun kriptavalyuta biznesində olan təcrübəsi, Fortress Investment Group-dan Pit Briqerin,Union Square Ventures Mayk Novoqrıçın  və məşhur milyonçular Kameron və Tayler Uinklovss qardaşlarının diqqətini cəlb edib.

Brayn günü-gündən güclənən texnologiyaların və onların formalaşdırılmasının insanlara necə müsbət təsir etdiyini yaxşı bilir-deyə Tayler Uinklovss qeyd edib.

Fordun repetuasiyası o qədər yaxşıdır ki, hətta investorlar kriptavalyutalarının hamısını onun seçki konpaniyasına yatırmağa hazırdılar. Federal seçki komissiyasının verdiyi məlumata görə,B.Ford  hazırki konqresmen Mimi Uolters və digər bütün namizəd konqresmenlərdən daha çox rəqəmsal valyuta cəlb edib.

Hazırda Brayn Fordun bu posta seçilməsi kriptavalyuta bazarının iştirakçıları üçün böyük əhəmiyyəti var. Belə ki, onun  senatda yer alacağı təqdirdə ilk görəcəyi işin kriptavalyuta haqqında qanunun tənzimlənməsi olacaq. Bu hazırda kriptavalyuta investorları üçün olduqca əhəmiyyətlidir. Hazırda kriptavalyuta bazarının kapitalının həcmi 800 milyard dollardı. Hətta ABŞ –da məmurlar da kriptavalyuta bazarına olduqca böyük maraq ayırmağa başlayıblar.

Hazırda əsas problem ABŞ hökumətinin kriptavalyuta bazarını pərakəndə strukturla idarə etməsidir. Bizim normativ bazamız var deyə keçmiş  “Fyuçers Məshullarının Komissiya “da köməkçi işləmiş Sloter qeyd edib. Həmçinin şirkətlər arasında razılaşma yoxdur. Əgər Ford konqresdə yer alsa o hökumətə problemlərin əsas qaiəsini çatdırcaq deyə Sloter əlavə edib.

Bizim yeni texnologiyalarımız var , hansıki bu texnologiyalar bizim həyatımıza və maliyyəmizə böyük təsir edəcək. Ancaq Konqresdə bunu başa düşəcək insanlar yoxdur  deyə Ford bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+4°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302