BİRJA

Yaponiyanın "Nikkei" indeksi 3,2 faiz aşağı düşüb
09 FEVRAL
208

Yaponiyanın "Nikkei" indeksi 3,2 faiz aşağı düşüb

2018-02-09 10:31:00

 Tokio fond birjasının əsas indeksi sayılan "Nikkei" 3,2 faiz azalaraq 21 208 bənd təşkil edib.

Fins.az xəbər verir ki, bu, keçirilən hərracların nəticəsində məlum olub.

"Nikkei" indeksinin hərracların ilk 15 dəqiqəsində bu cür düşməyi Amerika fond indeksləri katirovkalarının kəskin azalması ilə bağlıdır.

Bundan əvvəl, Amerikanın sənaye fond indeksi "Dow Jones" 1032 bənd düşərək 23 860 bənd təşkil edib.

Həmçinin "NASDAQ" və "S&P 500" indekslərinin də düşdüyü məlumat verilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259