BİRJA

Dünyada bu quyuların sayı maksimuma çatıb
08 FEVRAL
401

Dünyada bu quyuların sayı maksimuma çatıb

2018-02-08 18:23:00

Dünyada aktiv neft-qaz quyularının sayı ötən ay 2015-ci il avqust ayından bəri maksimal həddə çatıb. Fins.az  "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın neft-qaz sektorunda xidmət göstərən "Baker Hughes" şirkəti yayıb. 

Məlumatda həmçinin deyilir ki, yanvar ayında dünyada aktiv neft-qaz quyularının sayı ötən ilin dekabr ayı ilə müqayisədə orta hesabla 86 ədəd və yaxud 4,1% artaraq 2 175 ədəd təşkil edib. Artım ABŞ-da 7 ədəd, Kanadada 73 ədəd, Afrikada 3 ədəd, Yaxın Şərqdə və Asiya-Sakit Okean regionlarının hər birində isə 5 ədəd olub. Əvəzində sözügedən göstərici Avropada 3 ədəd, Latın Amerikasında isə 4 ədəd azalıb. 

İllik müqayisədə isə aktiv neft-qaz quyularının sayı 257 ədəd və yaxud 13,4% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259