BİRJA

Riyaziyyatçılar bitkoinin qiyməti barədə proqnoz veriblər
08 FEVRAL
531

Riyaziyyatçılar bitkoinin qiyməti barədə proqnoz veriblər

2018-02-08 18:18:00

Kriptovalyutaların qiyməti böyük ehtimalla heç zaman sabitləşməyəcək. Fins.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Pitsburq universitetinin riyaziyyaçıları bəyan ediblər. 

Alimlər "bitcoin"in qiymətini müəyyən etmək üçün riyazi modellərdən istifadə edib və belə bir nəticəyə gəliblər ki, kriptovalyuta bazarı klassik "sabun köpüyü"dür. Onların fikrincə, bitkoinin ənənəvi üsullarla hesablanması mümkün deyil. Onun məzənnəsi alıcıların çox vaxt doğru olmayan fikirləri ilə müəyyənləşir. Elm adamları bitkoinin ancaq pul köçürmələri mexanizmi ola biləcəyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259