BİRJA

Bu ölkədə 11,8 milyard dollarlıq dövlət istiqrazları əldə ediblər
08 FEVRAL
82

Bu ölkədə 11,8 milyard dollarlıq dövlət istiqrazları əldə ediblər

2018-02-08 11:08:00

“Anadolu” agentliyi xəbər verir ki, son illər Türkiyə iqtisadiyaytının sürətli yüksəlişi fonunda xarici ölkə vətəndaşlarının türk lirəsinin aktivlərinə marağı artıb. Türkiyə Mərkəzi Bankından agentliyə verilən məlumata görə, 2017-ci ildə xarici investorlar qardaş ölkədə 11,8 milyard dollarlıq dövlət istiqrazları əldə ediblər. Təhlilçilərin sözlərinə görə, əcnəbi sərmayədarların bu sahəyə marağının artmasına, ilk növbədə, Türkiyədə inflyasiya səviyyəsinin aşağı düşəcəyi ilə bağlı ehtimalların güclənməsi səbəb olub. Xatırladaq ki, bu ilin yanvarında qardaş ölkədə inflyasiyanın səviyyəsi 1,1 faiz təşkil edib ki, bu, son altı ildə ən aşağı göstərici hesab olunur. İllik hesablaşmalara görə, inflyasiya 11,9-dən 10,3 faizədək aşağı düşüb. Türkiyə iqtisadiyyatının aparıcı sahələrindən olan turizm sənayesi 2016-cı ildə 15 iyul dövlət çevrilişinə cəhddən və Rusiya ilə münasibətlərin pisləşməsindən sonra yaranmış böhrandan sonra artıq bərpa olunmağa başlayıb. Belə ki, Türkiyə hökumətinin həyata keçirdiyi uğurlu təşviqedici tədbirlər nəticəsində 2017-ci ildə ölkədə turizm sahəsində artım qeydə alınıb. Nəticədə, ötən il Türkiyənin turizmdən gəlirləri 19 faiz artaraq 26,3 milyard dollara çatıb. Sevindirici haldır ki, Türkiyənin ixrac imkanları da genişlənir. Türkiyə İxracatçılar Assambleyasından mediaya bildiriblər ki, 2017-ci ildə Türkiyənin xarici ölkələrə ixrac etdiyi məhsulların həcmi 10,1 faiz artaraq, 158 milyard dollara çatıb. Təkcə bu ilin yanvarında ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302