BİRJA

"Forbes" ən zəngin kriptovalyuta milyarderlərinin adlarını açıqlayıb
07 FEVRAL
335

"Forbes" ən zəngin kriptovalyuta milyarderlərinin adlarını açıqlayıb

2018-02-07 22:48:00

"Ripple" rəqəmsal valyuta servisinin keçmiş baş direktoru Kris Larsen (Chris Larsen) kriptovalyuta əməliyyatlarında zənginləşən ən varlı iş adamı seçilib. Fins.az "Forbes" saytına istinadən verdiyi xəbərə görə, onun məcmu varidatının 7,5-8 mlrd. dollar olduğu hesab edilir.

İkinci sırada "Ethereum"un yaranmasına kömək edən Cozef Lavin (Jozef Lavin) 1-5 mlrd. dollar, üçüncü sırada isə 1,1-2 mlrd. dollar gəlir əldə edən "Binance" kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao qərarlaşıb. 

Tilor və Kemeron Uinklvos (Tylor and Cameron Winklevoss) qardaşlarının sərvətinin isə 0,9-1,1 mlrd. dollar olduğu ehtimal edilir. Beşinci sırada "Ethereum"un qurucusu Vitalik Buterin qərarlaşıb ki, onun da 400-500 mln. dollar gəlir əldə etdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273