BİRJA

Dünya birjaları bir gündə 4 trln. dollar itirib
07 FEVRAL
163

Dünya birjaları bir gündə 4 trln. dollar itirib

2018-02-07 12:38:00

ABŞ fond birjalarında fevralın 5-də yaşanan kəskin satış dünya kapital bazarına sıçrayıb. Nəticədə fond birjalarındakı satış səbəbindən səhmlərin məcmu dəyəri 4 trln. dollar azalıb. 

Fins.az xəbər verir ki, VIX volatillik indeksi də 2015-ci ilin avqust ayından sonra ilk dəfə 50 bənd səviyyəsini ötüb.

Analitiklər ABŞ fond birjalarında baş verən kəskin azalmaya 5 əsas səbəb göstəriblər:

1) ABŞ-da inflyasiyanın sürətlənməsi;

2) 2018-ci ildə FED-in 4 dəfə faiz artırması ehtimallarının güclənməsi;

3) ABŞ fond birjası indekslərinin 2009-cu ildən etibarən 4 dəfəyə yaxın artması səbəbindən gözlənilən satış;

4) Satışın başlamasından sonra robot proqramlarının işə düşməsi nəticəsində satışın daha da sürətlənməsi;

5) Sürü psixologiyası ilə satışın geniş investor təbəqəsinə yayılması.

Analitiklər tədricən yumşaq şəkildə fond birjalarında səhmlərin ucuzlaşacağını, faizlərin artması ilə investorların istiqraz bazarına yönələrək uzun müddət orada cəmləşəcəyini proqnozlaşdırır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276