BİRJA

Ən bahalı səhmi olan şirkətlər
07 FEVRAL
769

Ən bahalı səhmi olan şirkətlər

2018-02-07 01:15:00

Hazırda bir çoxları səhimlər , qiymətli kağızlar termini ilə tanışdır. Odur ki, bir çoxlarımız bilirik ki,səhimləri bahalaşan şirkətlərə investisiya yatırmaqla yaxşı pul qazanmaq olar. Misal üçün əgər bu günləri 90 dollara hər hansı bir şirkətin səhmini alsaq bir ildən sonra bu səhm 135 dollar olacaq. Bu da investisiyanın nə az nə çox düz  50% edir. Odur ki, Fins.az xarici şirkətlərin səhmlərini alaraq yaxşı pul qazanmaq istəyənlər üçün ən bahalı səhmləri olan şirkətlərin siyahısnı təqdim edir.

Siyahıda 10-cu pillədə Cable One şirkəti qərarlaşıb. Səhmi  714.15 dollara olan şirkətin bazar qiyməti 4.092 milyard dollardı. Adı çəkilən şirkət ABŞ-da yerləşir və 800 mindən çox insana internet kabel televiziyası xidməti göstərir.

9-cu pillə. AvtoZone İncorporated şirkətidir. Adı çəkilən şirkətin səhminin qiyməti  787.93 dollar təşkil edir. Şirkətin özünün qiyməti isə 21.552 milyard dollardı. Şirkət avtomobil aksesuarları və ehtiyat hissələri satır.

8-ci pillə. White Mountains şirkətinin səhminin qiyməti 834 dollardı. Şirkətin bazar qiyməti  3.129 milyard dollar təşkil edir. White Mountains sığorta işlərini həyata keçirir.

7-ci pillə. Markel Corporation –nin bir səhminin qiyməti 1123.37 dollardı. Şirkətin özünün qiyməti isə 15.606 milyard dollar dəyərindədir. Adı çəkilən korporasiya bütün dünya üzrə investisiya və sığorta işlərini həyata keçirir.

6-cı pillə. Alphabet İnc –in səhminin qiyməti 1130.65 dollardı. Şirkətin bazar qiyməti 781.748  milıyard dollar təşkil edir. Bütün dünyada Google kimi məşhurıaşan internet xidməti göstərən şirkət artıq bir müddətdir ki, Alphabet İnc adı altında fəaliyyət göstərir.

5-ci pillə. Amazon : Bir səhminin qiyməti 1305.2 dollardı. Şirkətin dəyəri isə nə az nə çox 7 milyard dollardan bir az azdır, 628.939 milyard dollaradır. ABŞ riteil şirkəti olan Amazon internet üzərindən alış-veriş və çatdırılma xidməti ilə məşhurdur. Hazırda Amazonda 230 min insan işləyir və şirkətin illik dövriyyəsi 75 milyard dollar təşkil edir.

4-cü pillə. The Priceline Group –un səhmi 1919 dollar şirkətin qiyməti isə 93.608 milyard dolllardı. Adı çəkilən şirkət turizm xidmətləri göstərir.

3-cü pillə  NVR İncorporated səhminin qiyməti 3558 dollardı. Şirkətin bazar qiyməti isə 13.307 milyard dollar təşkil edir. NVR İncorporated –i daşınmaz əmlak tikintisi və ipoteka xidmətləri həyata keçirir.

2-ci pillə. Seaboard Corporation nin səhminin qiyməti 4280 dollardı. Şirkətin bazar qiyməti 5.01 milyard dollar təşkil edir. Seaboard Corporation yük daşımaları və kənmd təsərrüfatı işləri ilə məşhurdur.

1-ci pillə. Berkshire Hathaway –in səhmi 315.225 dollardı. Şirkətin qiyməti isə 519.964 milyard dollar dəyərində ölçülür.  Adı çəkilən bu nəhəng şirkət  məşhur milyarder Uorren Baffetə məxsusdur.

Yəqin ki, məqaləni oxududuqdan sonra bəs Apple və Facebook-un səhimləri neçəncidir sualını verəcəksiz.

Apple-nin , Facebook-un və digər bu kimi məşhur şirkətlərin bu TOP-10-da yer almamasına sualın cavabı məqalənin başlığındadır . Səhmləri ən bahalı olan şirkətlər , bəli siyahıda şirkətlərin yalnız bir ədəd səhminin qiymətləri nəzərdə tutulub. Səhm bazarında böyük şirkətlərin səhminin qiyməti ilə yanaşı bu səhmlərinin sayı da olduqca vacibdir. Yuxarıda adları sadalanan şirkətlərin bir səhmi baha olmasına baxmayaraq sayca azdılar. Lakin Apple və Facebook kimi şirkətlərin səhmi ucuz olmağına baxmayuaraq say baxımından digərlərindən dəfələrlə çoxdur. Məlumat üçün bildirək ki, Apple-nin bir səhminin qiyməti 108 dollar təşkil edir. Buradan belə qənaətə gəlmər olar ki, heç də həmişə ən bahalı olan ən yaxşı olan demək deyil. Əgər siz də bu şirkətlərdən hər hansınınsa səhmini almaq istəyirszisə o zaman ölkəmizdə ən böyük nizamnamə kapitalına malik olan AzFinance İnvestment Company   şirkətinə , 012 310 33 30 telefon nömrəsinə zəng etməklə əldə edə bilərsiz.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259