BİRJA

BP: İlin sonuna neftin qiyməti bu qədər olacaq
06 FEVRAL
517

BP: İlin sonuna neftin qiyməti bu qədər olacaq

2018-02-06 19:29:00

BP şirkətinin 2017-ci ildə gəlirləri iki dəfədən çox artaraq 6,2 milyard dollara çatıb. Buna səbəb neftin qiymətinin yüksəlməsi, həmçinin neft və qaz hasilatının artmasıdır. Fins.az xəbər verir ki, bunu BP-nin maliyyə direktoru Brayan Gilveri (Brian Gilvary) “Reuters” agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu ilin yanvar ayında neftin qiymətinin ciddi artımına və üç illik maksimuma çatmasına baxmayaraq, ilin sonunda neftin bir barelinin qiymətinin 50-55 dollara qədər azalacağı gözlənilir.

Məlum olub ki, ötən ilin dördüncü rübündə şirkətin mənfəətinin qiymətləndirməsindən sonra xalis mənfəəti 2,1 milyard dolları ötüb. Bu da analitiklər tərəfindən verilən 1,9 milyard dollarlıq proqnozdan çoxdur.

Şirkətin bütün il üzrə kapital xərcləri 16,6 milyard dollara çatıb ki, bunun da 2021-ci ilə qədər saxlanılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254