BİRJA

Bitkoinə görə intihar hadisəsi baş verib
06 FEVRAL
509

Bitkoinə görə intihar hadisəsi baş verib

2018-02-06 18:24:00

Cənubi Koreyada ikinci kurs tələbəsi intihar edib. Evində ölü tapılan gəncin virtual valyutaya 200 milyon von (təxminən 314 min 640 manat) dəyərində investisiya qoyduğu ortaya çıxıb. Fins.az Oxu.az-a istinadən xəbər verir ki,indiyədək qazandığı bütün pulları bitkoin ticarətinə sərf edən 20 yaşlı tələbə Cənubi Koreya hökumətinin apardığı islahatlardan sonra investisiyanın dəyərini 50 faiz aşağı salıb.

Bundan sonra dərin depressiya keçirən gənc universitetə gəlməyib. Ailəsi ilə də görüşməyən gənc yuxu pozğunluğundan əziyyət çəkib və həkimə gedib.

Sonda o, çıxış yolunu intiharda görüb. Başına plastik torba keçirən tələbə evində yanında 13 litrlik helium qazının olduğu balonla ölü tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258