BİRJA

ABŞ-ın fond birjalarında son 6,5 ilin ən sərt azalması baş verib
06 FEVRAL
244

ABŞ-ın fond birjalarında son 6,5 ilin ən sərt azalması baş verib

2018-02-06 10:33:00

ABŞ fond birjaları inflyasiyanın sürətlənməsi nəticəsində investorların ölkədə faizlərin artacağından narahat olması səbəbindən azalmağa davam edib. 

Fins.az xəbər verir ki, ötən həftənin sonunda səhmlərdə başlayan satışlar dünən daha da kəskinləşib və ABŞ-ın əsas fond birjası indeksi olan "Dow-Jones" 1 175,21 bənd və ya 4,6% azalıb. Bu, son 6,5 ilin ən kəskin azalması olub. Nəticədə, "Dow-Jones" indeksi yanvarın 26-da tarixi rekord səviyyəsindən (26 616 bənd) 2 271 bənd və ya 8,5% aşağı düşüb.

ABŞ fond birjalarındakı satışlar dünyanın digər əsas fond birjalarına da təsirsiz ötüşməyib. Hazırda Yaponiyanın "Nikkei 225" indeksi 1 500 bənd və ya 6,6% azalma ilə əməliyyatlara davam edir. Çinin "Shanghai" indeksi isə 3% azalaraq 3 380 bəndə geriləyib. Asiyanın digər fond birjası indeksləri də kəskin azalma ilə üzləşib. 

Qeyd edək ki, bu gün axşama olan fyuçers kontraktları "Dow-Jones" indeksinin daha 2,5% azalacağını göstərir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256