BİRJA

"Saxo Bank": Yaxın 5-15 ildə blokçeyn texnologiyası bütün sənaye sektorlarına sirayət edəcək
16 YANVAR
313

"Saxo Bank": Yaxın 5-15 ildə blokçeyn texnologiyası bütün sənaye sektorlarına sirayət edəcək

2018-01-16 16:10:00

"Kriptovalyutalar, maliyyə aktivlərinə yeni alternativ kimi və innovasiya texnologiyalarının ən inkişaf etmiş forması kimi həyatımıza həmişəlik daxil olub".

Bunu Danimarkanın "Saxo Bank" internet bankının qlobal makro və kriptobazarlar üzrə strategiya mütəxəssisi Kay Van-Petersen (Kay Van-Petersen) bildirib.

Kriptovalyuta bazarlarında volatillik və onun cari vəziyyəti, perspektivli kriptovalyutalar, onlardan hansının hələ də ucuz olması barədə  mütəxəssis qeyd edib ki, kriptovalyuta bazarı "köpük" deyil və o heç vaxt yox olmayacaq: "Hansı kriptovalyutanın 10 il və ya daha çox yaşayacağını deyə bilmərəm, amma kriptovalyutalardan ibarət portfel yaradarkən vençur kapitalının təşkilinə yanaşma kimi baxılmalıdır. Yəni portfeldə 80% investisiyanın boşa çıxacağını, 10% sabit qalacağı, digər 10%-in isə 50-1000 dəfə artacağı düşüncəsi ilə hərəkət edilməlidir".

K.Van-Petersen yaxın 5-15 ildə blokçeyn texnologiyasının sirayət etmədiyi sənaye sektorunun qalmayacağını bildirib: "Blokçeyn biznesin orta qiymətini minimuma endirmək üçün ənənəvi mərkəzləşdirilmiş sistemlərin hamısını dəyişdirir və yox edir".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258