BİRJA

“Kodak” kriptovalyuta buraxdı
10 YANVAR
177

“Kodak” kriptovalyuta buraxdı

2018-01-10 14:42:00

Məşhur ”Eastman Kodak” şirkəti KODAKCoin adlı kriptovalyuta yaratmaq qərarını elan etdikdən sonra səhmdarların şirkətə marağı ciddi şəkildə artıb.

Fins.az-ın xəbərinə görə, qərardan sonra Nyu York fond birjasında şirkətin səhmlərinin dəyəri 92% yüksələrək 5,95 dollara çatıb.

“Eastman Kodak” öz kriptovalyutasını buraxan yeganə şirkət deyil. Soyuq çay istehsalçısı “Long Island Iced Tea” şirkəti də bu addımı atıb və “Long Blockchain Corp” adını alıb.

“Reuters” ekspertləri hesab edir ki, bu cür addımlar vəziyyətdən çıxış yolu deyil. “Bu, artıq gülünc hal alıb. Belə cəhdlər mənasızdır”, - deyə treyder Dennis Dik bildirib.

Qeyd edək ki, 100 il əvvəl yaradılmış “Eastman Kodak” uzun müddət foto avadanlığı bazarında lider olub. Lakin 2000-ci illərin əvvəllərində şirkət iflas təhlükəsi ilə üzləşib, çünki vaxtında yeni texnologiyalara keçid edə bilməyib. 2004-cü ildən bəri “Eastman Kodak”ın səhmlərinin dəyəri 90%-dən çox aşağı düşüb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301