BİRJA

Bakı Fond Birjası ilə Belarusiyanın Valyuta-Fond Birjası arasında memorandum imzalanıb
08 YANVAR
212

Bakı Fond Birjası ilə Belarusiyanın Valyuta-Fond Birjası arasında memorandum imzalanıb

2018-01-08 11:35:00

05 yanvar 2018-ci il tarixində Bakı Fond Birjası ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Fins.az xəbər verir ki, sənəd Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanıb.

Memorandumun məqsədi hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255