BİRJA

2017-ci ildə ən çox dəyər qazanan Kripto valyutalar
05 YANVAR
404

2017-ci ildə ən çox dəyər qazanan Kripto valyutalar

2018-01-05 11:48:00

2017-ci il kripto koin dünyası üçün ecazkar bir il idi. Rəqəmsal valyutalar adlarını bütün dünyaya çatdırarkən, ən dəyərli koin olan və 20.000 dollara qədər yüksələn Bitcoin ən çox dəyərlənənlər siyahısında ilk 10-da özünə yer tapmadı.

Özünü təsdiqləmiş altcoinlerden Dash çatdığı maksimum səviyyə ilə yüzdə 13,900-lük bir artım təmin edərkən, 2017-ci ildə 9,265 %-lik artım ilə ən çox dəyər qazananlar siyahısında özünə beşinci sırada yer tapdı. Ethereum bənzər bir şəkildə 9,162% ilə altıncı, Litecoin da 5,045% ilə doqquzuncu sırada yer aldı.

Bazara yeni daxil olan kripto valyutalardan NEM və Ardor ikinci və üçüncü sırada yer alarkən Stellar, Binance Coin, Omisego  Qolem də özlərinə ilk onluqda yer tapmağı bacardılar. Kripto pulların kralı Bitcoin isə 1,318 % artım ilə 14-ci sırada yer aldı.

2017-ci ildə ən çox bahalaşan koinler

Ripple siyahının zirvəsində

Digər kripto pulların əksinə mərkəz sistemi ilə idarə olunan Ripple isə yüzdə 36,018-lik artım ilə birinciliyi ələ keçirdi. 2017-ci ilin əvvəlində Bitcoinə edilən 1000 dollarlıq investisiya 13,180 dollara bərabər gələrkən (forklar xaric) eyni miqdarla Ripple-a edilən investisiya isə 360,018 dollara çatdı.

Bitcoin vs Ripple

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258