BİRJA

Kriptovalyuta mayninqi energetik krizisə səbəb olacaq
04 YANVAR
238

Kriptovalyuta mayninqi energetik krizisə səbəb olacaq

2018-01-04 19:11:00

“Nomura” maliyyə şirkətinin mütəxəssisi Jordan Rochester əmindir ki, yaxın zamanda dünyada kriptovalyuta krizisi baş verəcək. Fins.az Banker-ə istinadən xəbər verir ki, Onun fikrincə bitcoin digər sahələrə də ciddi təsir etməyə başlayıb. İlk növbədə söhbət energetikadan gedir. O qeyd edib ki, kriptovalyutaların əldə olunması üçün enerjiyə sərf olunan xərclər gözlənildiyindən daha sürətlə artır. Əsasən bu, Çin üçün aktualdır. Belə ki, bitcoinin əldə olunması üçün mayninq fermaların 71%-i məhz Çində yerləşir.

“2016-cı ilin Mart ayında aparılmış hesablamara əsasən bitcoinin əldə olunması üçün sərf olunan elektroenerji Daniyanın sərf etdiyi elektroenerjiyə 2020-ci ildə bərabər olmalı idi. Lakin bitcoin bu nəticəyə artıq çatıb. Yəni güman olunan zamandan 3 il qabaq. Qlobal bazara təsir göstərmək üçün bitcoin hələ cavandır. Lakin o artıq Asiyanın regional bazarlarına təsir edir. Bitcoinin dünya üzrə satışlarının yarısı Yaponiyanın payına düşür. ABŞ-a isə 1/4 hissəsi düşür. Kriptovalyuta krizisi baş versə də, bu Asiyada baş verəcək” – deyə Jordan bildirib.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə kriptovalyuta mayninqi artıq videokart bazarına təsir göstərərək onların qiymətlərini qaldırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277