BİRJA

Mərkəzi Bankın notlarına tələb 3 dəfə az olub
04 YANVAR
141

Mərkəzi Bankın notlarına tələb 3 dəfə az olub

2018-01-04 16:35:00

04 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Fins.az xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.8882 AZN (14.99%) və 98.9984 AZN (13.48%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8882 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9222 AZN (14.52%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 31.01.2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301