BİRJA

Bitkoinlə bağlı 2018-ci il PROQNOZU şok yaradır
04 YANVAR
280

Bitkoinlə bağlı 2018-ci il PROQNOZU şok yaradır

2018-01-04 15:05:00

2018-ci ildə ən məşhur kriptovalyuta olan bitkoinlə bağlı proqnozlar açıqlanıb.

Fins.az-ın məlumatına görə, ekspertlər bitkoinin car ildə daha çox istifadə olunacağını, bir sıra ölkələrdə isə bu kriptovalyutadan istifadənin rəsmiləşdiriləcəyini bildirir.

Həmçinin bitkoinlə bağlı yeni fyuçerslərin və digər alətlərin tətbiq ediləcəyi qeyd olunur.

Hamını daha çox maraqlandıran qiymətlə bağlı proqnoz isə belə olub - bitkoin 50 min dollara qədər yüksələ bilər.

Xatırladaq ki, ötən ilin sonlarında bitkoinin məzənnəsi rekord azalmadan (26,85 faiz) sonra qalxmağa başlayıb. Sonradan isə 12,09 faiz - 16,77 min dollaradək bahalaşıb.

Ümumilikdə 2017-ci ilin əvvəlindən bitkoin 20 dəfə bahalaşıb.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300