BİRJA

Unibank istiqrazlarının BFB-də yerləşdirilmə əqdləri keçirilib
29 DEKABR 2017
157

Unibank istiqrazlarının BFB-də yerləşdirilmə əqdləri keçirilib

2017-12-29 13:02:00

28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin (ISIN nömrəsi AZ2011002022) faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazların yerləşdirməsi nominal qiymətlə (10.000 ABŞ dolları) aparılmışdır .

Fins.az xəbər verir ki, Hərrac zamanı Unibank istiqrazlarina ümumilikdə 10 milyon ABŞ dolları həcmində sifariş toplanmışdır.

Unibank istiqrazları 10 milyon ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilmişdir.

Qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən istiqrazların emissiyasının yekunları dövlət qeydiyyatına alındıqdan sonra yerləşdirmə baş tutmuş hesab ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301