BİRJA

Bitcoin Cash
01 YANVAR
422

Bitcoin Cash

2018-01-01 12:47:00

avqustda ortaya çıxan Bitcoin Cash, ilk həftələrdə məsum bir kripto valyuta kimi görünsə də, son altı həftədir Rocer Verin rəhbərliyi ilə kripto valyuta dünyasını çox məşğul edir. Roger Ver əsas Bitcoinin Bitcoin Cash olacağınıiddia edir.

Rocer Verin bu aqressiv davranışı və hər fürsətdə kripto valyuta bazarını manipulyasiya etməyə çalışması səbəbiylə də Bitcoin icması Bitcoin Cashe qarşı hərəkət edir. Belə ki, bu icma Bitcoin Cashin adında Bitcoin sözünün keçməsini istəmir, buna görə də onu Bcash kimi təqdim edirlər.

Bitcoin birliyinə bir dəstək də hamımızın tanış olduğu Piratebay adlı torrent saytından gəldi. Bitcoin, Monero və Litecoin kimi kripto valyutalar ilə ödəmələri qəbul edən Piratebay, Bitcoin Cashin qısaltması olan BCH-nin yanına isə pul kisəsi ünvanı deyil Bcash yazdı.

Rocer Ver və BCH komandası hər nə qədər şirkətlərlə və maliyyə qurumlarıyla yaxşı yola getsələr də Bitcoin icması tərəfindən qəbul edilmələri olduqca çətin olacaq kimi görünür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276