BİRJA

Mərkəzi Bankı hərraca çıxardığı bütün notları sata bilməyib
27 DEKABR 2017
145

Mərkəzi Bankı hərraca çıxardığı bütün notları sata bilməyib

2017-12-27 17:20:00

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100466S dövlət qeydiyyat nömrəli, 350 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az BFB-yə istinadən xəbər verir ki, hərraca 14 investor qiyməti 98,8472 manat (14,99%) - 99,075 manat (12%) olan 16 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 348 338 800 manat olub. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 98,9009 manat (14,29%) müəyyən edilib.

Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 mln. manat təşkil edib. Notların ödəmə tarixi 24 yanvar 2018-ci ildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301