BİRJA

Bitcoinlə satın ala biləcəyiniz 5 şey
03 FEVRAL 2017
730

Bitcoinlə satın ala biləcəyiniz 5 şey

2017-02-03 12:51:00

Bu il, Bitcoin yalnız bir qrup insanın məşğul olduğu bir hobbi olmaqdan çıxaraq pul yaratma fenomeni halına gəldi. Siz bu yazını oxuyarkən tam olaraq dəyərini yazmırıq (daim dalğalanma olduğundan) ancaq yəqin ki, sizi maraqlandıracaq qədər yüksək dəyərdədir.

Hər hansı bir altkoinle bağlı ən böyük maneələrdən biri onunla nə edəcəyinizi bilməmənizdir. Ancaq, Bitcoin daha oturaq hala gəldikcə, daha çox satıcı və müəssisə bunu qanuni bir pul vahidi kimi qəbul etməyə başlayır. Sizə bu yazımızda Bitcoinlə ala biləcəyiniz 5 məhsulu tanıdacağıq.

Hədiyyə kartları

Gerçək bir hədiyyə olaraq istifadə edilməsindən əlavə, eyni zamanda Bitcoin yığımınızı da xərcləyə biləcəyiniz bir üsuldur. Gyft və eGifter kimi saytlarda, hər satıcıdan normalda Bitcoin ilə alver edə bilmədiyiniz zaman hədiyyə kartı alaraq alver edə bilərsiniz. Hətta bəlkə də ən əhəmiyyətlisi, Amazon hədiyyə kartları alaraq sayt üzərindən tam istədiyiniz hər şeyi əldə edə bilərsiniz.

Pizza

Bitcoinin həqiqət olduğunu ilk dəfə online pizza alına bildiyi zaman başa düşmüşdük. PizzaForCoins adlı sayt bir müddətdir bazarda və sizə bir çox pizza zəncirindən internet üzərində Bitcoin ilə pizza sifariş etmə imkanı təmin edir.

Hava yolu / otel / kosmos gəmisi bileti

Səyahət şirkətləri Bitcoinle ödəmə məsələsində öndə gedir. Expedia və Cheapair kimi böyük şirkətlər birbaşa olaraq internet üzərindən otel rezervasiyaları və təyyarə biletləri üçün Bitcoin qəbul edir.Hətta Virgin Galactic şirkəti ilə Bitcoinler vasitəsilə kosmosa da gedə bilərsiniz.

Kompüterlər

2014-ci ildə, Dell internet satış mağazası üzərindən Bitcoin ilə satış edəcəyini açıqladı, ki o zamanlar Dell, Bitcoini qəbul edən ən böyük şirkət idi.

Ancaq əgər Bitcoinle kompüter almaq istəyirsinizsə özünüzü Dell ilə məhdudlaşdırmaq lazım deyil. Newegge gedərək də hər hansı bir kompüter yada kompüter parçasını Bitcoin ilə əldə edə bilərsiniz.

Demək olar ki, hər şey

Hədiyyə kartlarının Bitcoinilə alış gücünün əhəmiyyətindən bəhs etdik. Ancaq indi bunu bir addım daha irəli daşıyacağıq.

Amazonun rəqibi olan Overstock, Bitcoini qəbul edən ilk böyük online satış ünvanına sahib şirkətdir. Şirkətin icraçı direktoru kripto pullarla o qədər bütünləşib ki, ötən həftə şirkətin birjası tZero üzərindən $ 250 milyonluq bir ICO bazara təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254