BİRJA

Boru kəmərində partlayışdan sonra neftin qiyməti artıb
27 DEKABR 2017
368

Boru kəmərində partlayışdan sonra neftin qiyməti artıb

2017-12-27 12:33:00

Bloomberg xəbər verir ,Liviyanın ən böyük ixrac terminalında boru kəmərində baş verən partlayışdan sonra neftin qiyməti iki illik maksimuma qədər artıb.

Çərşənbə axşamı,neft birjası 2,6% artaraq 2015 ci ilin iyun ayından bəri ilk dəfə olaraq bir bareli $ 60 dollar təşkil edib.Çərşənbə axşamı partlayış baş verən boru kəmərində əməliyyat Waha Oil Company tərəfindən aparılır, hazırda nefti Es Sider terminalına qoyurlar. Nəticədə gücü günə 70 000-100 000 barel azalıb.

Ekspertlər hesab edir ki, Liviya kəmərində olan partlayış bu yaxınlarda Şimal Dənizi boru kəmərində baş verən partlayışdan daha ciddi xəsarətdir,beləki,onun bərpası üçün çox vaxt lazım olacaq. Ona görə də bu vəziyyət neft bazarı üçün daha ciddi nəticələri olacaqdır. Şimal Dənizində Forties kəməri işə salınmaq üçün artıq hazırdır.

Neftin qiyməti fevralda satılmaq üçün bu gün bir barelə görə $ 59,75 səviyyəsində idi.Neft dünən $ 60,01 səviyyəsində bağlanıb. Brent Markalı neftin qiyməti bu gün bir barelə görə $ 66,73.Brent markalı neftin qiyməti dünən $ 67,02 təşkil edib.

Liviyada hasilatın həcmi hansı ki,əvvəl etirazlar səbəbindən fasilələrlə üzləşmişdi,bu il də günə 1 mln. barelə qədər artıb. Bu dörd il ərzində ən yüksək səviyyədir.

Bu arada, Səudiyyə Ərəbistanı bəyan edib ki, 2023-ci ildə neft gəlirlərinin 80% artımnı gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258