BİRJA

Birjada necə qazanmaq olar? – AZƏRBAYCANDA
26 DEKABR 2017
396

Birjada necə qazanmaq olar? – AZƏRBAYCANDA

2017-12-26 14:35:00

Müasir dövrün ən gəlirli sahələrdən biri də birjalarda “manevr”etməkdir. Bu tendensiya bütün dünyada mövcuddur. Bir çox investorlar məhz birjada uğurlu hesab etdikləri məhsullara pul yatırmaqla gəlir əldə edirlər. Bəs Azərbaycanda necə,? Birjadan necə gəlir əldə etmək olar? Fins.az -ın birja barədə suallarına cavabı,  AzFinance İnvestisiya şirkətindən öyrənib  

Minumum pulu birjada nəyə yatırsam gəlir əldə edərəm?

Yerli bazarda məhsul az olsa da banklar, sığorta şirkətləri və s məhsulları tanıyırlar. Amma fiziki şəxslər demək olar ki, məhsullardan xəbərsizdilər. Misal üçün SOCAR istiqarazları çıxdı sadə camaat bundan sonra istiqraz barədə daha çox  məlumatlar əldə etdi. Amma hal-hazırda birjada ən aktiv dövriyyə olunan manatda dövlət istiqrazlarıdır. Bu istiqrazların qısa müddətlisi və orta müddətlisi var. Hazırda bu istiqrazlar dövriyyə olunur. İstiqrazlarda gəlirliklər dəyişə bilir. Misal üçün qısa müddətli istiqrazlarda 91 və 182 və 364 günlük olur. Ən çox maraq qısa müddətli istiqrazlaradır. Ortamüddətli istiqrazlar isə öz növbəsində 1 illik, 2 illik (728 günlük)  və 3 illik (1092 günlük) olur.

Qısa müddətli istiqrazlar

Istiqraz borc kağızıdır. Misal üçün  91 günlük dövlət istiqrazı. Dövlət istiqrazlarının hamısının nominalı 100 manat olur. Qısa müddətli istiqrazlar adətən diskontlu olur. Bir istiqrazın qiyməti 100 manatdır və o hərrac tarixində 100-dən aşağı alınırsa, ödəmə tarixində, yəni istiqraz silinəndə 100 manatla geri alınır. Nominal qiymətlə alış qiyməti arasında qalan fərq investorun gəliri hesab olunur. Adətən sığorta şirkətləri, banklar və İpoteka Fondu istiqrazlara böyük maraq göstərir.

Kuponlu istiqrazlar da var

Kuponlu istiqrazlar sabit bazar şəraitində adətən 100 manat və ya ondan artıq qiymətə satılır. Kuponlu istiqraz hər 6 aydan bir sabit kupon ödənişi edir. Həmçinin kuponli istiqrazın effektiv gəlirliyi olur.

Həmçinin birjada səhmlər də almaq mümkündür. Bu beynəlxalq təcrübədə də geniş yayılıb. Tutalım ki, hər hansı bir şirkət İPO (İlkin Kütləvi Təklif) edir. Bu zaman həmin şirkətin səhmlərini alan şəxslər şirkətin mənfəətindən sahib olduğu səhm hissəsi nisbətində dividend (pay) əldə edir. Amma bu bir qədər risklidir.

Birjada daha stabil gəlir gətirən məhsul hansıdır?

Birjada daha stabil gəlir gətirən məhsul yerli bazarda manatda dövlət istiqrazları, ABŞ dollarında isə SOCAR istiqrazlarıdır. Hazırda MKT İstehsalat Kommersiya MMC-nin, Bakcelin, Nikoilin və Embavoodun da istiqrazları var. Amma daha çox dövlət istiqrazları və SOCAR istiqrazları alınıb satılır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276