BİRJA

Bitcoin Cash Nədir? Niyə yaradılıb?
14 DEKABR 2017
523

Bitcoin Cash Nədir? Niyə yaradılıb?

2017-12-14 17:15:00

Bitcoin Cash, internet üçün yaradılmış, istifadəçilər arası bir elektron puldur. Mərkəz bankı olmadan əməliyyat görür və hər hansı bir üçüncü tərəfin varlığını tələb etmir.

Bitcoin Cash, Bitcoin layihəsinin digital nağd sistemi olaraq davamıdır. Bitcoin blockchain dəftərinin bir budağı olaraq, daha çox böyümə və genişlənmə imkanlarına sahib bir sistemə malikdir.

Bitcoin Cash-ın yaradıldığı 1 Avqust 2017 tarixində Bitcoin- ə sahib olan istifadəçilər eyni miqdarda Bitcoin Cash-da sahib oldular. Əgər Bitcoin-lər üçüncü bir təşkilat tərəfindən tutulursa Bitcoin Cash o təşkilatdan istənilə bilər.

1 avqust tarixindən sonrakı bütün əməliyyatlar isə ayrıdır, yəni Bitcoin  Bitcoin Cash tamamilə ayrı iki pul vahidi halına çevrilmişdir.

Bitcoin Cash Niyə yaradıldı ?

2017-ci ildə Bitcoin-da ödənişlər sürətlə yüksəldi və Bitcoin daha az etibarlı hala gəldi, bəzi istifadəçilər əməliyyatlarını davam etdirmələri günlər sürdü.Bu səbəblə Bitcoin fasilə mərhələsinə girdi. Bir çox istifadəçi, iş adamları və investorlar Bitcoin-a üstünlük verməməyə başladı. Digər virtual kripto valyutalar arasındakı bazar payı sürətlə 95% -dən 40% -ə düşdü. Bitcoin-in önünü açmaq və bu məhdudiyyətlərdən qurtulmaq üçün Bitcoin Cash yaradıldı. Bu əməliyyatdan sonra isə Bitcoin və Bitcoin Cash da sürətlə yüksəldilər.

Bitcoin Cash-ın dəyəri nəqədərdir?

1 Avqust 2017-ci ildə bazara 175 dollar səviyyəsində daxil olan Bitcoin Cash, ilk günlərində sürətlə böyüyərək 465,45 dollara qədər yüksəldi. Sonra isə sürətli böyümənin verdiyi təsirdən istifadəçilərin gəlir əldə etmə məqsədi ilə bu pul vahidini satmağa başlamalarıyla 300 dollar səviyyəsinə qədər gerilədi. Bitcoin Cash hal hazirda 1979.05 dolları səviyyələrində əməliyyat görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301