BİRJA

Proqnoz: "Bitcoin" sabit qalacaq, digər kriptovalyutalar bahalaşacaq
13 DEKABR 2017
521

Proqnoz: "Bitcoin" sabit qalacaq, digər kriptovalyutalar bahalaşacaq

2017-12-13 14:55:00

Qlobal kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollar səviyyəsini keçərək yeni tarixi rekorda yüksəlib. Fins.az xəbər verir ki, buna səbəb bu gün bir çox kiçik kapitallaşmalı kriptovalyutaların bahalaşması amili olub. Qeyd edək ki, "Bitcoin" fyuçersləri dekabrın 10-da Çikaqo birjasında tədavülə başlamasından sonra volatilliyini itirib və 16-18 min dollar diapazonunda sabitləşib. Bu səbəbdən spekulyativ əməliyyatlar digər kriptovalyutalara sıçrayıb.

Dünən, "Litecoin" 80%-ə yaxın, bu gün isə "Ripple" 75%-ə yaxın bahalaşıb. Həmçinin, ikinci ən böyük kapitallaşmaya sahib olan "Etherium" 27% bahalaşıb.

Analitiklər "Bitcoin"in qiymətinin yaxın 1-2 ayda sabit qalacağını, digər kriptovalyutaların bahalaşacağını proqnozlaşdırır.

Xatırladaq ki, hazırda 1 349 kriptovalyuta 7 368 rəqəmsal valyuta birjasında tədavül edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258