BİRJA

Avstriyada baş verənlər birjada qazın qiymətini kəskin artırıb
12 DEKABR 2017
350

Avstriyada baş verənlər birjada qazın qiymətini kəskin artırıb

2017-12-12 18:13:00

Avropanın ən böyük qazpaylayıcı mərkəzlərindən biri - Baumqartendə (Avstriya) baş verən partlayışdan sonra Böyük Britaniyada təbii qazın qiyməti 2013-cü ilin dekabr ayından sonra maksimuma çatıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə xəbər yayıb.

Gələn ay üçün təbii qazın fyuçers qiymətləri 23% artaraq 9,82 dollar olub.

Qeyd edək ki, bu gün səhər Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı mərkəzdə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 18 nəfər isə yaralanıb. Baumqarten qaz paylayıcı mərkəzi Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Mərkəz Avstriyanın Slovakiya ilə mərkəzində yerləşir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273