BİRJA

Son günlərdə dəyəri 400% artan İOTA nədir? Necə işləyir? Haradan almaq olar?
07 DEKABR
822

Son günlərdə dəyəri 400% artan İOTA nədir? Necə işləyir? Haradan almaq olar?

2017-12-07 12:06:00

İOTA kripto valyuta dünyasına yenilik gətirdi. Bitcoin, Etherium kimi daha çox istifadə olunan kripto valyuta növlərindən fərqli olaraq "tangle" adlı yeni bir texnologiya istifadə edən İOTA digər "Blockchain" texnologiyalı kripto valyutalardan fərqlənir. Fərqlənməsinə səbəb isə bir-birinə bağlı məlumat zəncirləri yerinə "dag" adı verilən və istiqamətləndirilmiş qeyri-yönlü cədvəl olaraq tərcümə edilə bilən bir texnologiya istifadə edir.

Niyə İOTA digər kripto valyutalardan fərqlənir?

• Əməliyat ödənişi yoxdur.

• Əməliyyatların sayı artdıqca, sistem daha sürətli və daha təhlükəsiz olur.

• İnternetə bağlı olmasanız da əməliyyatlar reallaşdıra bilərsiniz.

İOTA hansı hesabda saxlanılır?

İOTA-nın rəsmi hesabının qısa zamanda çıxması gözlənilir. Bununla yanaşı, həmin dövrdə pullarınızı vasitəçi saytda saxlamaq daha faydalı ola bilər.Vasitəçi saytlardan: gündəlik əməliyyat həcmi 1 milyard dollar olan Binance birjasında İOTA alım-satım əməliyyatı edilə bilər. Rəsmi hesab açıldığı anda da İOTA-larınızı ora transfer etmək məntiqli bir hərəkət olacaq.

Son 2 gündə 400% artım

İOTA son zamanlarda Microsoft və Fujitsu kimi böyük şirkətlərlə müqavilələr bağladığına görə ön plana çıxmağı bacardı və şirkətlərlə ediləcək əməkdaşlıq elanının yayılması ilə "bir partlayış keçirtdi".

Aylardır 1 dollar civarında olan iota son günlərdə 4 dollarin üzərinə çıxaraq yatırımcısının üzünü güldürdü. 12 milyard dolları keçən bazar dəyəri ilə kripto valyuta sıralamasında 4-cü sırada iştirak edir. Gündəlik əməliyyat həcmi isə 2 milyard dollara çatır. Bu sıralar $ 4.75 civarında olan iotaqısa zamanda məşhurluq qazanacaq. Nəticədə bu rəqəmlər daha da yüksələcək.

İOTA al, at kenara, investisiyan olsun

Universitet tələbələri başda olmaq üzrə irəlidə gözəl bir miqdarda hazır pulum olsun deyən kəslər üçün iota bu anda ən məntiqli investisiya vasitələrindəndir. Əgər aldığınız pulu kənara atıb bir müddət unuda biləcəksinizsə, iota sizin üçün çox sərfəli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287