BİRJA

Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib
06 DEKABR 2017
214

Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib

2017-12-06 09:57:00

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106004648 ISIN-li, 20 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərraca 7 investor qiyməti 86,5422 manat (18%) – 102,4977 manat (11%) olan 13 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 manat (12%), orta ölçülmüş qiyməti isə 100,9205 manat (11,6277%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 351 400, yerləşdirilmiş məbləği isə 20 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 1 dekabr 2020-ci ildir. Hərrac iştirakçıları ən geci bu gün istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254