BİRJA

Blockchain – qeydiyyat zənciri
04 DEKABR
169

Blockchain – qeydiyyat zənciri

2017-12-04 11:12:00

Bitcoin sözünü daha əvvəl eşitmiş olmalısınız. 2009-ci ildə Satoshi Nakamoto imzasıyla nəşr olunan bir məqalədə rəqəmsal valyutanın dünya miqyasında istifadə edilməsi iddia edildi və belə bir sistemin təməlinin necə qurulması izah edilirdi. Başda qulağa çoxda həqiqi gəlməyən bu fikir indiki vaxtda ən çox danışılan texnoloji inkişaflar arasında yer alır.

Blockchain olaraq adlandırılan bu texnologiya rəqəmsal sahədə reallaşan hər hansı bir prosesin silinməz bir qeydini əmələ gətirir. Bu sistemi ləğv etmək üçün, milyonlarla kompüterə paylanmış qeydiyyat zəncirlərinin hamısını dəyişdirmək lazımdır ki, bu da mümkün deyil. Nəticə olaraq. Blockchain saysız proqramla qorunan bank hesablarından daha etibarlı bir sistem halına gəlir. JP Morgan-da hesabınız hacked ola bilər, lakin Blockchain ilə pulunuz hərzaman güvəndədir.

Blockchain təhlükəsiz olmasından əlavə maliyyə təşkilatlarını ortadan qaldıraraq zaman və xərc üstünlüyü təmin edir. Banklar vasitəsilə edilən beynəlxalq pul köçürmələri günlər ala bilər və ümumi məbləğin 10% civarında bir xərc meydana gətirir. Blockchain-da isə beynəlxalq pul köçürmələri yalnız bir neçə dəqiqə çəkir və qiyməti 10% -dən aşağı olur.

Blockchain-ın digər bir tətbiqi isə Ethereum-dur. Ağıllı kontraktlar qurmağınızı təmin edən bu sistem ticarət həyatında köklü dəyişikliklər olmasına səbəb olacaq . Bitcoin və Ethereum hazırda ən populyar Blockchain proqramlarından ikisidir. Blockchain daha bir çox yeni proqramlar yaradacaq və həyatımızda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Blockchain tətbiqlərini daha yaxşı anlaya bilmək üçün Don Tapscott-un TED çıxışını izlemenizi tövsiyə edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289