BİRJA

Bir gündə 64% bahalaşma: Ucuz və gəlirli kripto valyuta “IOTA”
04 DEKABR
224

Bir gündə 64% bahalaşma: Ucuz və gəlirli kripto valyuta “IOTA”

2017-12-04 10:16:00

“Bitcoin” rəqəmsal birjalarda yenidın gözəl performans göstərməkdə davam edir.

Fins.az xəbər verir ki, “Bitcoin” 24 saat ərzində 3,72% artaraq  $11 566.90 təşkil edir. Adıçəkilən rəqəmsal pulun kapitalizasyası artaraq $193,4 milyarda çatıb.

Kriptovalyutarın içində ən yaxşı göstəricilər “IOTA”da hiss olunur. Belə ki, bu rəqəmsal pul 24 saat ərzində 64,62% bahalaşıb. Bu valyuta ötən həftənin bazar ertəsi 1 dollar belə deyildi. Ümumiyyətlə, “IOTA” qiyməti $2,4 olsa da, kriptovalyuta kapitalizasiyasına görə hazırda 5 ən iri kriptovalyutandır. Belə ki, “IOTA”nın kapitalizasiyası $6,66 həcmindədir.

Digər ən çox bahalaşan bunlardır:

Ad Kapitalizasiya Qiymət Dəyişmə (24 saat)
5 IOTA $6,660,866,370 $2.40 64.62%
34 Siacoin $339,282,429 $0.010831 58.11%
86 Groestlcoin $92,407,569 $1.34 42.50%
82 Edgeless $101,453,517 $1.24 39.13%
27 Nxt $492,073,405 $0.492566 36.36%
60 Santiment Net… $162,104,230 $2.68 30.00%

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289