BİRJA

"NASDAQ" birjası gələn il bitkoinlə fyuçers əməliyyatlarına başlayacaq
30 NOYABR
190

"NASDAQ" birjası gələn il bitkoinlə fyuçers əməliyyatlarına başlayacaq

2017-11-30 14:04:00

ABŞ-ın "NASDAQ" texnologiya sektoru fond birjası kriptovalyuta bazarına marağın kəskin artması fonunda, vəziyyətdən istifadə etmək qərarına gəlib. 

Fins.az xəbər verir ki, investorları cəlb etmək məqsədi ilə "NASDAQ" 2018-ci ilin II rübündən etibarən bitkoin maliyyə aləti üzrə fyuçers əməliyyatlarına başlamağı hədəfləyib.

Qeyd edək ki, bununla da "NASDAQ", ABŞ-da "CME" və "CBOE Global Markets"dən sonra bitkoinə qapılarını açan üçüncü nəhəng fond birjası olacaq. Lakin "NASDAQ" 4 mənbədən istifadə edən digər iki fond birjasından fərqli olaraq 50-yə yaxın mənbədən qiymətin formalaşmasında istifadə edəcəyini bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288